Evi sökülən vətəndaş: "Mən haqqımı tələb edirəm"
Nərimanov rayonu, Həsənoğlu küçəsində yaşayan sakinlər evlərinin sökülməsindən və buna müvafiq sahəli evlərin verilməməsindən narazıdırlar. Sakinlər deyir ki, bina qəzalı vəziyyətdə olmasa da, şirkət bunu bəhanə edərək binaları sökmək istəyir. Bina sakinin bildirdiyinə görə, layihəni həyata keçirən şirkət onun evinin ümumi sahəsindən daha əskik hesablayıblar. Sakinlər bildirib ki, bəzilərinə 15%, bəzilərinə isə 25% daha çox söz verilir, lakin şirkət tərəfindən yekun qərar onlara deyilmir. Şirkətin direktoru Həbibə Mirzəyeva isə Amerikanın səsinə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 11 mart 2020-ci il tarixində verilmiş sərəncama əsasən bu binalar qəzalı vəziyyətdə olduğuna görə yerində yeni binalar tikiləcək. Artıq iyun ayını 15-dən başlayaraq sakinlər yaşadığı binaları tərk edəcəklər və müvəqqəti olaraq kirayə evlərdə yaşayacaqlar. Şirkətin direktoru bildirib ki, sakinlər kirayə haqları ilə təmin olunacaqlar.
Episodes
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb