Accessibility links

Baş redaktor siyasi hüquqlarının pozulmasından və rüşvətdən narazıdır


Evez zeynalli
Evez zeynalli

Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ombudsmana müraciət edib

Həbsdə olan “Xural” qəzetinin baş redaktoru, Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınan Əvəz Zeynallı ombudsman Elmira Süleymanovaya məktub ünvanlayıb.
Müəllif saxlandığı Bakı istintaq təcridxanasında saxlanma şəraitinin nisbətən yaxşı olsa da siyasi hüquqlarını pozulmasından, təcridxanadakı rüşvət mexanizmindən şikayət edir. Müttəhimlərin ailələri ilə görüşlərinə problem yaradıldığı, məktublaşmaların məhdudlaşdırıldığı, şikayət ərizələrinin ünvanlara çatdırılmadığı qeyd olunur.
Redaktor iki-üç qat nəzarətdə saxlandığını, bu haqda mətbuata bildirsə də nəzarətin daha da artdığını nəzərə çatdırır. Beynəlxalq qurumların təmsilçiləri, ombudsman aparatının əməkdaşları ilə görüşünə imkan verilmədiyi deyilir. “İyul ayında ATƏT təmsilçiləri ilə görüşümə imkan verilmədi”.
Redaktor şikayət məktublarının ünvanlara çatdırılmamasına diqqəti çəkir. “Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə, Ombudsman Aparatına göndərdiyim məktublar ünvanına çatdırılmayıb. Məktublarım təcridxanada açılıb. Vəkillə konfidensial görüşüm pozduğu üçün təcridxana rəhbərliyini məhkəməyə vermişik”.
Redaktor ailəsi ilə görüşə icazə verilməməsinə diqqət çəkir və bunu qanunvericilik normalarının və hüquqlarının pozulması adlandırır.
Ə.Zeynallı qeyd edir ki, rüşvət əvəzində təcridxana rəhbərliyi istənilən şəxsə görüş verir və bu zaman hər hansı məktuba ehtiyac olmur.
Daha sonra redaktor ombudsmana rəhbərliyə xəbər vermədən təcridxanaya gəlməyi tövsiyə edir. “Bu görüşdə elementar hüquqlarımın pozulması ilə bağlı müzakirə aparmaq istəyirəm”.
Ə.Zeynallı 2011-ci il oktyabrın 28-də rüşvət ittihamı ilə həbs edilib, daha sonra ona qarşı məhkəmə qərarını yerinə yetirməkdən yayınma, vergi ödəməkdən yayınma kimi ittihamlar irəli sürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG