Accessibility links

Jurnalistin məhkəməsində qalmaqal olub


Əvəz Zeynallı dəmir barmaqlıqlar arxasında
Əvəz Zeynallı dəmir barmaqlıqlar arxasında

Deputatla jurnalist və tərəflərin qardaşları arasında mübahisə yaranıb.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Bu günki məhkəmə iclası dava-dalaşla müşayiət edilib.
Belə ki, deputat Gülər Əhmədova məhkəmə zalına daxil olan kimi tərəflər arasında söz atışması başlayıb, deputat özü müttəhim Əvəz Zeynallıya hücum edib, qardaşı, teleaparıcı İlqar Mikayıloğlu isə Əvəz Zeynallının qardaşı ilə dava-dalaşa çıxıb. Hakim prosesə fasilə verib.
Deputat G.Əhmədova Ə.Zeynallını “Xural” qəzetində barəsində şok açıqlamalar anonsu verməklə şantaja məruz qoymaq ittihamı səsləndirib. Deputat deyib ki, məsələni yoluna qoymaq üçün qəzetin redaksiyasına gəlib, barəsində heç nə yazılmaması müqabilində qəzetə 10 min manat yardım edəcəyini vəd edib. Bu danışığı audio-kassetə yazdırdığını söyləyib. Amma, qəzetdə şantaja məruz qalmasının davam etdiyini deyən deputat bundan sonra prokurorluğa müraciət etdiyini və Ə.Zeynallının həbsinə nail olduğunu söyləyib.
Buna qədər “Azərbaycan” nəşriyyatının direktoru, prosesdə zərərçəkən kimi tanınan Ağabəy Əsgərov dindirilib. A.Əsgərov Ə.Zeynallının redaktoru olduğu qəzetdə şərəf və ləyaqətinin tapdanmasına məruz qaldığını söyləyib. Məhkəməyə müraciət edib, məhkəmə qəzetin cərimə olunması, həm də təkzib verməsi qərarı çıxarıb. A.Əsgərovun sözlərinə görə, Ə.Zeynallı nə təkzib verib, nə də cəriməni ödəyib. Buna cavab olaraq Ə.Zeynallı qəzetin 2-ci səhifəsində həmin məsələ ilə bağlı verilən təkzibi, cəriməni ödənməsinə dair qəbzi A.Əsgərova göstərib.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. Baş redaktor külli miqdarda rüşvət alma, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma və təkrar rüşvət almada ittiham olunur. Ona xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ittihamı da irəli sürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG