Evdar xanımlara kömək edən sosial layihə - "Petrikor"
Təhminə Əhmədzadə iki ildir ki, yeni yaranmış "Petrikor" sosial layihəsi üzərində çalışdığını deyir. Petrikor - yağışdan sonra torpaqdan gələn qoxuya 2 avstraliyalı alimin verdiyi addır. Təhminə layihəni həmin qoxu kimi qalıcı və sevimli olmaları ilə əlaqələndirərək belə adlandırıb. Layihə rəhbəri hesab edir ki, "Petrikor"un cəmiyyətdə həm də gender bərabərliyini təmin etməkdə rolu var. Çünki əsas məqsəd, evdar qadınları evdə qala-qala gəlir əldə etməyə təşviq edərək, az da olsa onlara öz iqtisadi azadlıqlarını təmin etmək üçün yardımçı olmaqdır.