Accessibility links

Ev istəyirsən? Artıq buna ehtiyac yoxdur [Video]


Ev istəyirsən? Artıq buna ehtiyac yoxdur
please wait

No media source currently available

0:00 0:03:22 0:00

Ev istəyirsən? Artıq buna ehtiyac yoxdur

Braziliyalı heykəltəraş Tasiya Duarte xəyallarının arxasınca gəldiyi Nyu York şəhərində özünə yeni həmkarlar, yeni layihələr və ailə tapıb.
"Mən bura təkbaşına gəlmişdim. İndi mənim ailəm, layihələrdə birlikdə işlədiyim dostlarım var. Bu çox vacibdir. Nyu York kimi şəhərlərdə ətrafda çoxlu insan olsa da insan özünü yalnız hiss edə bilir.'' - deyə, Tasiya Duarte bildirib.

Duarte Bruklində yerləşən Outpost Klubuna məxsus evin 8 sakinindən biridir. Layihənin həmtəsisçisi, Ukraynalı Sergey Starostin deyir ki, Duarte tipik müştərilərdəndir. Onun sözlərinə görə, birgə yaşayış konsepti yeni şəhərə köçən, yeni işə başlayan 25-40 yaş arası insanlar üçün mükəmməldir.
Birgə yaşayış evlərini kiralamaq ayrıca mənzil kiralamaqdan daha ucuzdur. Müqavilə şərtləri də münasibdir. Üstəlik, burada yaşayanlar icmanın bir parçası olur.
"Biz bir-birimizlə ancaq rəqəmsal formada əlaqə saxladığımız bir cəmiyyətdə yaşayırıq. Bizim onlayn minlərlə dostumuz ola bilər, ancaq danışmağa və ya bir stəkan kofe, pivə içməyə bir nəfər tapa bilmirik.'' - deyə, Sergey qeyd edib.
Buranın sakinləri evin lideri tərəfindən təşkil edilən müxtəlif fəaliyyətlərdə iştirak edirlər. Basketbol oynayır və ya birlikdə muzeyə gedir.
"Evin lideri olaraq mənim məsuliyyətlərim var. Yeni köçənlərə kömək edirəm, onlara birgə yaşayışın nə demək olduğunu izah edirəm. Mən bundan əlavə evin tədbirlər planını hazırlayıram. Birazdan biz barbekü hazırlayacağıq və bundan bəzi idman yarışlarımız da var.'' - deyə, birgə yaşayış evlərindən birinin lideri Kaleb Simmons bildirib.

Bəs əgər ev yoldaşınla yola getməsən necə olacaq? Starostinin sözlərinə görə, evin lideri bu cür anlaşılmazlıqları həll etmək üçün müəyyən təlimlər keçirlər. ''Outpost Club'' şirkəti həmçinin evdə narazıçılıq yaradan ən böyük məsələ olan təmizlik üçün ayrıca təmizlik şirkətləri ilə razılaşır. Narazılıq olanda son çıxış yolu kimi isə sakinlərdən evi dəyişdirməsi xahiş olunur. İT mütəxəssis olan Oskar Oçoa burda yaşamaqdan zövq aldığını deyir.

"Elə insanlar var burda bir neçə həftə və bir ay qalır. Mən isə artıq 9 aydır burdayam. Burada yaşayan çoxlu sayda insan tanıyıb, dostlaşmışam. Bu da ən gözəlidir.'' - deyə, Oçoa bildirib.
İki il öncə fəaliyyətə başlayan Outpost Club hazırda öz sənayesində Nyu Yorkun üçüncü böyük şirkətidir. Starostin və onun tərəfdaşı inanır ki, binaların qiymətləri bahalaşdıqca birgə yaşayış evlərə də tələbat artacaq.

Üstəlik daha çox gənc insanın evlilik və ev almaq planlarını təxirə salmağı bu yeni yaşayış növünü Amerika Arzusunun təbii təkamülünün növbəti mərhələsinə çevirir.

XS
SM
MD
LG