Aylardan bəri davam edən Eurovision həyəcanı dünən Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanı “Running Scared” mahnısı ilə təmsil edən Eldar Qasımov və Nigar Camal 221 xalla bu ilin qalibi elan edildi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropanın ən məşhur mahnı yarışmasını on minlərlə insan Düsseldorfdakı Arena zalında milyonlar isə televiziyadan izlədi.
“Eurovision-2011”-in qalibi olmasına görə mahnı yarışması gələn il Azərbaycanda keçiriləcək ki, bu da ölkənin aylarla Avropanın diqqət mərkəzində olması deməkdir.
Eurovision-un rəsmi məlumatına görə dünən ki, final müsabiqəsində Azərbaycan 221, İtaliya 189, İsveç isə 185 xal qazandı. Avropanın ən həyəcanlı mahnı müsabiqəsi olaraq qəbul edilən Eurovision-da bu il 43 ölkə iştirak edirdi.
Bu arada Eldar və Nigarın qələbəsini Bakılılar sevinçlə qeyd etdilər.