Eurovision-2012 Mahnı Müsabiqəsi mayın 22, 24 və 26-da Bakı şəhərində keçiriləcək. Mayın 22-də birinci yarımfinal, 24-də ikinci yarımfinal, mayın 26-da isə müsabiqənin final mərhələsi olacaq. Bu barədə Azərbaycanın İctimai Televiziya və Radio şirkəti məlumat yayıb.
Xəbərdə müsabiqəyə hazırlıq prosesi davam etdiyi bildirilir.
Mayın 19-da prezident İlham Əliyev “Eurovision-2012” Mahnı Müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam verib. Dövlət başçısının sərəncamı ilə həmçinin mahnı müsabiqəsinin keçirilməsi təşkilat komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri prezidentin həyat yoldaşı Mehriban Əliyevadır.