Bu gün Bakıda Eurovision Mahnı Müsabiqəsi 2012 milli seçim turlarının final konsertində Azərbaycanın təmsilçisinin adı müəyyənləşib. Azərbaycanı bu prestjil musiqi tədbirində müğənni Səbinə Babayeva təmsil edəcək.
Finalda beş iştirakçı yarışırdı: Orxan Kərimli, Elton İbrahimov, Arzu İsmayılova, Fəqan Cəfərov və Səbinə Babayeva. Azərbaycanın təmsilçisinin seçilməsi 3 ay davam edib.
Azərbaycan keçən il Eldar Qasımov və Nigar Camal Ell/Nikki duetinin Düsseldorf şəhərində keçirilən Eurovision 2011 Mahnı Müsabiqəsində qələbə çalmasından sonra Avropanın populyar musiqi tədbirinə ev sahibliyi etmək hüququnu qazanıb.
Eurovision 2012 Mahnı Müsabiqəsi may ayının 22-dən 26-a qədər Bakı şəhərində keçiriləcək. Builki müsabiqə “Light you Fire” şüarı altında keçirilir.