Accessibility links

Elxan Süleymanov: Azərbaycan torpaqlarını işğal edən Ermənistanın həmsədrliyi dövründə “Euronest” PA-da iştirakını dayandıracaq


Elxan Süleymanov
Elxan Süleymanov

O, Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib

“Euronest” Parlament Assambleyasında (“Şərq tərəfdaşlığı”) Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov dünən Kiyevdə bu qurumun Büro iclasında demarş edib.

Turan Agentliyinin məlumatına görə, Süleymanov Avropa Parlamenti Qətnaməsinin 32-ci bəndinə etiraz əlaməti olaraq Büro iclasını tərk edib.

Bu bənddə ATƏT DTİHB-nin müşahidə missiyasının qiymətləndirməsi əsasında Azərbaycanda prezident seçkiləri ilə bağlı tənqid ifadə olunub.

Daha sonra Süleymanov bildirib ki, bu mövqe Avropa Parlamentinin öz müşahidə missiyasının rəylərinə ziddir. O, Avropa Parlamentinin bəzi deputatlarını: Leonid Donskis (Litva), Ulrike Lunaçev (Avstriya), Anna Qomeş (Portuqaliya) və Gerben Yan Gerbrandini anti-Azərbaycan kampaniyası həyata keçirməkdə ittiham edib.

“Avropa Parlamenti üçün mesajımiz budur, başqalarına hücum etməyə başlamazdan əvvəl öz evinizin vəziyyətini yaxşılaşdırın. Biz Avropa Parlamentinin beynəlxalq institut kimi hazırkı düşdüyü vəziyyəti qınayırıq”, deyə Süleymanov qeyd edib.

Daha sonra o, Avropa Parlamentinin qətnaməsinə 32-ci bəndin daxil edilməsinin səbəbləri araşdırılana və müvafiq tədbirlər qəbul edilənə qədər “Euronest” Parlament Assambleyası ilə əməkdaşlığa yenidən baxmalı olacağı ilə hədələyib.

Bundan başqa, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın həmsədrliyi dövründə “Euronest” PA-da iştirakını dayandıracaq.

Çıxışına yekun vuran Süleymanov iclas zalını tərk edib, deyə deputatın ofisinin məlumatında bildirilir.

Avropa Parlamentinin bu qətnaməsinin qəbulundan dərhal sonra Süleymanov Azərbaycanın bu qurumda iştirakını dayandırdığını bəyan edib.

Lakin sonradan parlamentin spikeri Oqtay Əsədov bu bəyanatı rədd edib, Süleymanov isə Kiyevə “Euronest” PA Bürosuna göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG