Accessibility links

Aİ İrana yeni sanksiyalar tətbiq edir, Rusiyaya qarşı əlavə tədbirləri nəzərdən keçirir


Cozep Borrell. 14 noyabr, 2022.
Cozep Borrell. 14 noyabr, 2022.

Avropa İttifaqı bazar ertəsi İrana hökumət əleyhinə etirazçılara qarşı təqibləri səbəbilə sanksiyalar tətbiq edib və ittifaqa üzv ölkələrdə 15000 Ukrayna əsgərinə təlim keçmək üçün missiya başladıb.

Bazar ertəsi Brüsseldə görüş keçirən Avropa xarici işlər nazirləri 29 iranlıya, o cümlədən ölkənin İnqilab Keşikçiləri korpusunun yüksək səviyyəli üzvləri və daxili işlər naziri Əhməd Vahidə səhayət qadağası tətbiq edib və onların aktivlərini dondurub.

Bundan əlavə dörd İran qurumu da hədəf alınır. Bununla da, Aİ Tehranın sentyabr ayında gənc bir qadının İran polisinin nəzarətində ikən ölümündən sonra baş qaldıran etiraz hərəkatına qarşı təqiblərinə cavanını sərtləşdirib. İran bazar ertəsi etirazçıya ilk ölüm hökmünü çıxarıb.

Bundan əlavə Aİ sanksiyalar İranın Rusiyanı Ukraynadakı müharibəsi üçün təmin etdiyi hücum dronlarını əhatə edir. Aİ-nın xarici siyasət idarəsinin başçısı Coep Borrell İrandan Moskvanı hərbi yardımla təmin etməyi dayandırmasını tələb edib. Bu hərbi yardıma balistik raketlərin də daxil olduğu deyilir və ittifaq lazım olsa əlavə tədbirlər görəcəyini bildirib.

“İranın, deyilənə görə, bir öncə Rusiyaya verdiyi silahlar o müharibədə istifadə olunur və bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinin pozuntusudur,” Borrell deyib.

Aİ Moskvaya qarşı doqquzuncu sanksiya paketini müzakirə edir. Ancaq ittifaq bundan öncə minlərlə ukraynalı əsgərinı ittifaqın müxtəlif üzv ölkələrində, o cümlədən Polşa, İspaniya və Fransada təlim keçəcək.

Borrell deyib ki, Avropa Ukraynanı təxminən 8 milyard dollar dəyərində hərbi texnika ilə təmin edib. Bu isə Vaşinqtonun etdiyi yardımın təxminən 45 faizinə bərabərdir.

O əlavə edib ki, “Biz Rusiyanə beynəlxalq səviyyədə təcrid etməyə davam edəcəyik. Biz Rusiya iqtisadiyyatına məhdudlaşdırıcı sanksiyalar qoymağa davam edəcəyik. Biz müdaxilə edən üçüncü ölkələrə, xüsusilə [Rusiyanı] silah və hərbi dəstəklə təmin edənlərə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə davam etməyə hazırıq.”

Avropanın Kyivə sülh danışıqları aparması üçün təzyiq göstərə biləcəyinə dair spekulyasiyanı rədd edən Borrell deyib ki, Rusiya ilə danışıqları aparıb-aparmamaq qərarını Ukrayna verəcək və “Biz Ukrayna qələbə çalanadək – və başa düşmək lazımdır ki, Ukraynanın parametrləri əsasında Ukraynanı dəstəkləməyə davam edəcəyik.”

Ukraynada müharibə Aİ-na kütləvi qaçqın axınına, habelə artan qiymətlərə və enerji böhranına səbəb olub.

XS
SM
MD
LG