Accessibility links

Avropa İttifaqı Ukraynaya Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirilən 38 milyard dollar krediti təsdiqləyib


Russia Ukraine War EU
Russia Ukraine War EU

Avropa Parlamenti Ukraynanın müdafiəsi və yenidən qurulması üçün Rusiya Mərkəzi Bankının xaricdə dondurulmuş aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək 35 milyard avroya qədər (38 milyard dollar) krediti təsdiqləyib.

Kredit Ukraynaya 50 milyard dollar kredit vermək üçün aparıcı sənayeləşmiş ölkələrin Böyük Yeddilik Qrupu (G7) tərəfindən hazırlanmış daha böyük planda Avropa İttifaqının payına düşən hissəsidir.

Bu, Kyiv qüvvələrinin şərqdə Rusiyanın şiddətli hücumu və şəhərlərə və enerji infrastrukturuna oktyabrın 22-də üç uşaq da daxil olmaqla, yeddi nəfərin ölümülə nəticələnən ölümcül zərbələr endirdiyi vaxta təsadüf edir.

Rəsmi olaraq G7-nin Ukraynaya Gəlirlərin Sürətləndirilməsi üçün Fövqəladə Kreditlər (ERA) kimi tanınan plan Yeddilik Qrupu tərəfindən iyun ayında elan edilib.

Avropa İttifaqının qanunvericiləri oktyabrın 22-də bloka daxil olan hökumətlərin bu ayın əvvəlində tədbiri təsdiq etməsindən sonra 61 bitərəf olmaqla, 518-56 kimi səs verib. Bloklanan Rusiya aktivlərinin əksəriyyəti Aİ-dədir.

Kredit 2022-ci ilin fevralında Moskvanın Ukraynaya səbəbsiz müdaxiləsinin başlamasından sonra Qərbdə dondurulmuş Rusiyanın suveren aktivlərindən əldə edilən gəlirlər hesabına ödənilməlidir.

Rusiya dondurulmuş və təxminən 300 milyard dollar dəyərində olan aktivlərinin istifadəsinə etiraz edərək, bunu qeyri-qanuni adlandırıb və cavab tədbirləri ilə hədələyib.

Eyni planın bir hissəsi olaraq, Britaniya oktyabrın 22-də Ukraynaya daha çox silah sistemi əldə etmək üçün 2,26 milyard funt sterlinq (2,4 milyard dollar) kredit ayıracağını açıqlayıb.

London hökumətinin bəyanatında deyilir ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili və maliyyə naziri Reyçel Rivz bu krediti Britaniyada təlim keçən Ukrayna əsgərlərinə ziyarət edərkən elan ediblər.

bəyanatda deyilir ki, kredit "ukraynalıların Rusiyaya qarşı səylərini dəstəkləmək üçün hava hücumundan müdafiə, artilleriya və daha geniş avadanlıq dəstəyi kimi əsas texnikaya sərmayə qoymağa imkan verərək, Ukraynanın hərbi xərclərinə büdcə dəstəyi kimi nəzərdə tutulub".

“Bizim Ukraynaya və onun kişi və qadınlarına [Rusiya Prezidenti Vladimir] Putinin təcavüzündən azad olmaq uğrunda mübarizədə dəstəyimiz sarsılmazdır və bu, nə qədər lazım olduğu müddətdə, belə qalacaq”, bəyanatda deyilir.

Kredit Britaniyanın Ukraynaya illik 3,9 milyard dollarlıq hərbi yardım proqramına əlavədir və Londonun Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün ayırdığı 16 milyard dollara əlavə edilir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG