Accessibility links

Avropa İttifaqı miqrantların qəbulu ilə bağlı yeni qaydalar üzərində razılaşıb


Miqrantlara ev sahibliyi etmək məsuliyyətini bölüşmək üçün əvvəlki səylər, xüsusilə də Avropa İttifaqının şərq üzvlərinin Yunanıstan, İtaliya və digər ölkələrə gələn insanları qəbul etmək istəməməsi səbəbindən iflasa uğrayıb.

Yeni sistem altında sərhəddə olmayan ölkələrin qaçqınları qəbul etmək və ya Aİ fonduna pul ödəmək arasında seçimləri olacaq.

Nəzərdə tutulan yoxlama sistemi beynəlxalq müdafiəyə ehtiyacı olanlarla olmayanları ayırmağa çalışacaq.

Sığınacaq müraciətlərinin qəbul şansı az olan, məsələn Hindistan, Tunis və Türkiyədən olan insanlar təhlükəsizlik üçün təhdid olaraq görülərək, onların Aİ-yə daxil olmalarının qarşısı alına və onlar sərhəddə saxlanıla bilə.

Qaçqınların hüquqları qrupları bildirib ki, bu Aİ-nn sərhədlərində həbs düşərgələri yaradacaq

Forum

XS
SM
MD
LG