İtaliyanın Etna dağındakı vulkan cümə günü püskürərək gecə səmasını işıqlandırıb və qızmar lavanı ətrafa yayıb.
Gecəyarısı başlayan püskürmə Avropanın ən hündür və aktiv vulkanından cənub-şərqə doğru qaynar lava axınları yaradıb.
Seysmik aktivlik mayın 30-dan başlayıb və gecə saatlarında pik nöqtəyə çatıb.
3,330 metr hündürlüyə qalxan vulkan ildə bir neçə dəfə aktivləşir və Siciliya adasına lava və kül yayır.
Etna vulkanının sonuncu iri püskürtüsü 1992-ci ildə baş verib.