Yanvarın 12-də Lənkəran (Bakıdan 272 kilometr cənub), Siyəzən (Bakıdan 100 kilometr şimal) və Ağcabədi (Bakıdan 306 kilometr cənubi-qərb) rayonlarında yerli sakinlər bahalaşma əleyhinə etiraz aksiyası keçirib. Etrazşılar qiymət artımını və devalvasiyadan əziyyət çəkdiklərini bildirib.
Lənkəran rayonunun Liman qəsəbəsində etirazçılar Bakı-Astara yolunu bağlayıblar
Meydan.tv saytının məlumatına görə, Siyəzəndə rayon icra hakimiyyəti başçısı Asif Hüseynov hadisə yerinə gəlib. Etirazçılar başçı ilə danışmaqdan imtina edib və öz deputatlarını tələb ediblər. Gəlmədikdə səhərə qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.
Ağcabədidən aksiyaçıların meydan.tv saytına bildirdiyinə görə isə 3 nəfər etirazçı intihar etməyə cəhd edib. Sakinlər bunun qarşısını alıblar.
Hər üç aksiyaya polislər müdaxilə ediblər.