Yanvarın 28-də metronun 20 Yanvar stansiyasının qarşısında toplaşan taksi sürücüləri və muzdlu iş axtaran insanlar kortəbii aksiya keçirib.
Aksiyada iştirak edənlər ölkədə iqtisadi böhrandan, qiymətlərin, xüsusilə ərzaq məhsullarının qiymətlərinin bahalaşmasından, korrupsiyadan, haqsızlıqdan, işsizlikdən danışıblar. Hökumətin siyasətini kəskin tənqid ediblər.
SANCAQ production bloqunda aksiya iştirakçılarının narazılığını əks etdirən video yerləşdirilib. Videonu buradan izləyə bilərsiniz: https://www.facebook.com/Sancaq.biz