Accessibility links

Esper: ABŞ İraqdan geri çəkilmir


ABŞ Müdafiə naziri Mark Esper bazar ertəsi deyib ki, Birləşmiş Ştatlar qoşunlarını İraqdan geri çəkməyəcək. O, ordunun yüksək rütbəli zabitinin qoşunların geri çəkiləcəyinə işarə edən məktubunun səhv olduğunu söyləyib.

“İraqı tərk etmək qərarı verilməyib. Tərk etməklə bağlı qərar verməmişik, bununla bağlı planlar da irəli sürməmişik,” Esper deyib.

Bazar ertəsi Twitter-də İraqda ABŞ komandirindən İraq hökümətinə ünvanlanan məktub paylaşılıb. Komandir həmin məktubda bildirib ki, ABŞ İraqın “bizim ölkəni tərk etməyimizə göstəriş vermək qərarına” hörmətlə yanaşır və ABŞ qoşunları növbəti günlər və həftələr ərzində mövqelərini dəyişəcək.

Birgə Qərargahlar rəisi general Mark Milli bazar ertəsi müxbirlərə məktubun İraq rəsmilərinə onların rəylərini almaq məqsədilə göndərilən qaralama olduğunu bildirib.

“Bu, bir səhv idi. O, imzalanmamış məktub idi, çünki biz qüvvələrin yerlərini dəyişdiririk və ərazi üzərində daha çox helikopter uçururuq,” Milli deyib.

O əlavə edib ki, məktubda cümlələr “yanlış yazılıb” və qoşunların geri çəkiləcəyinə “işarə edib”.

"Amma bu baş vermir", o deyib.

İraq qüvvələrinə təlim keçmək məqsədilə İraqda 120 nəfərdən ibarət əsgəri qüvvəsi olan Almaniya çərşənbə axşamı bildirib ki, regionda gərginliyin artması səbəbilə yaranan təhlükəsizlik narahatlıqlarına görə təxminən 30 əsgəri Bağdad və Tacidən İordaniya və Küveytə köçürməyi planlaşdırır.

Esper və Mayli həmçinin ötən həftə İranın Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin havadan zərbə endirməklə öldürülməsi qərarından da bəhs edib. Onların hər ikisi Qasım Süleymaninin amerikalılara hücum planlaşdırdığını bildirib.

"O, regionda ABŞ hərbi qüvvələrinə qarşı böyük hərbi əməliyyatlar plaşdırırdı", Milli bildirib.

Bununla belə , müxbirlərə potensial hücumlarla bağlı heç bir sübut təqdim edilməyib.

O, İrandakı mədəniyyət obyektlərinin hədəf alınıb-alınmayacağına dair suala cavab olaraq deyib ki, ABŞ ordusu “silahlı qarşıdurma qanunlarına”əməl edəcək. "Bu qanunlara əsasən isə, bu cür hücumlar qadağandır" - deyə, Milli əlaavə edib.

XS
SM
MD
LG