Suriyanın bir il əvvəl döş xərçəngi ilə diaqnozlaşdırılan birinci xanımı xəstəlikdən “tam” müalicə olunduğunu bildirib.
1975-ci ildə doğulan Əsma Əsədin bəyanatı ərəb dünyasında xəstəliklə bağlı nadir açıqlamadır. Belə ki, bu regionda tanınmış fiqurlar bu kimi açıqlamalardan kənar gəzir.
Hərbi xəstəxanada müalicə olunan Əsma Əsəd həyat yoldaşı, Suriya prezidenti Bəşar Əl-Əsədlə birgə görüntülənib. O, ictimai fəaliyyətlərini davam etdirdiyini bildirir.
Dövlət televiziyasına müsahibəsi zamanı birinci xanım qadınları mütəmadi şəkildə müayinədən keçməyə çağırıb.
Suriyada rejimə qarşı vətəndaş müharibəsinə baxmayaraq, Əsəd ailəsi özünü, müasir, gələcəyə inamlı liderlər kimi qələmə verir.