Accessibility links

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı öz ölkəsinə təhvil verilib


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən saxlanılıb

Yanvarın 28-də qoşunların təmas xəttini keçərkən saxlanılan Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviç martın 4-də saat 2-də ölkəsinə təhvil verilib.

Bu barədə Amerikanın Səsinə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.

Onun sözlərinə görə Xocayan Mamika Tiqranoviçin ölkəsinə təhvil verilməsi Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə baş tutub.

Yanvarın 28-də mülki şəxs Xocayan Mamika Tiqranoviç Tovuzun Əlibəyli kəndində çayı keçərkən saxlanılıb.
XS
SM
MD
LG