Müdafiə Nazirliyi əsgər Xanəli Fəttayevin vəfatı ilə bağlı açıqlama yayıb.
«Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Xanəli Fəttayevin qarşı tərəfdən açılan atəş nəticəsində həlak olması barədə yanvarın 29-da sosial şəbəkə və bəzi yerli elektron informasiya resurslarında yayılan məlumatlar həqiqətəuyğun deyil»,- açıqlamada qeyd edilir.
Müdafiə Nazirliyi bildirir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, intihar nəticəsində həlak olub. «İkin araşdırmalara görə, intihar xidməti fəaliyyətlə əlaqəli deyil. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır»,-deyə açıqlamada vurğulanır.
Mərhum əsgərin valideynlərinin hadisə ilə bağlı münasibəti isə, hələlik, bəlli deyil. Hadisənin nə vaxt və harada baş verdiyi də açıqlanmır.