Müdafiə Nazirliyi Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər Samir Orucovun döyüş şəraitində həlak olmasını təkzib edir.
Müdafiə Nazirliyi bildirib ki, əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.
Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.