ABŞ hərbçiləri "Əl-Şabab" terror qruplaşmasının Somalidəki mövqelərinə havadan bir neçə zərbə endirib.
Zərbələr nəticəsində "Əl-Şabab" qruplaşmasının liderlərindən biri olan Həsən Əli Dhure öldürülüb.
Pentaqonun yaydığı məlumatda deyilir ki, Həsən Əli Dhure Somalinin paytaxtı Moqadişuda ABŞ vətəndaşlarına qarşı terror aktı törətmək niyyətində olub.