Accessibility links

Jurnalistin cəzası 5 il endirilib


Ərşad İbrahimov
Ərşad İbrahimov

İyunun 17-də Azərbaycan Ali Məhkəməsində hakim İlham Cəfərovun sədrliyi ilə jurnalist Ərşad İbrhimovun işi üzrə kassasiya şikayətinə baxılıb. Onun cəzası 10 ildən 5 ilədək azaldılıb.

Ərşad İbrahimov hazırda korrupsiya əməllərinə görə həbsdə olan Kəlbəcər rayon təhsil şobəsinin sabiq müdüri Məhəmməd Bağırovun korrupsiya əməllərinin olduğu iddia edilən məqalələrlə çıxış edib. M. Bağırov tutduğu vəzifədən azad edildikdən sonra jurnalistin barəsində Gəncə şəhər Polis İdarəsinə şikayət edib. Bunun əsasında İbrahimova qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, 2014-cü il iyunun 18-də barəsində həbs qətimkan tədbiri seçilib. Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərşad İbrahimov 11 il azadlıqdan məhrum edilib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi bu cəzani 1 il azaldıb. Jurnalistin barəsində yazdığı Kəlbəcər rayon təhsil şobəsinin sabiq müdüri Məhəmməd Bağırov isə bundan sonra korrupsiya ittihamı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Bəhruz Bayramov bugünkü məhkəmə prosesində jurnalistə bəraət istəyib. Lakin məhkəmə Ərşad İbrahimovun Qarabağ müharibəsinin iştirakçısı, müharibədə yaralandığını, məcburi köçkün olduğunu nəzərə alaraq Cinayət Məcəlləsinin 62-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edərək Gəncə Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Ə.İbrahimova təyin olunan 10 il cəzanı 5 il müddətinə endirib.

XS
SM
MD
LG