Accessibility links

Ermənistan və Gürcüstan hərbi əməkdaşlığı genişləndirir


AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Ermənistan və Gürcüstanın müdafiə nazirləri fevralın 21-də Yerevanda keçirdikləri görüş zamanı iki ölkə arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlığa dair proqramı imzalayıblıar.

Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə deyib ki, onun ölkəsi və Gürcüstan bir-biri üçün təhlükəsizlik, siyasət, iqtisadiyyat, mədəniyyət və bir sıra başqa sahələrdə mühüm ölkələrdir.

Nazir deyib ki, o və gürcüstanlı həmkarı Levan İzoriya iki ölkə arasında hərbi əməkdaşlığın tədricən genişləndirilməsinin əhəmiyyətinə inanır.

Öz növbəsində İzoriya ümid etdiyini bildirib ki, Ermənistan Gürcüstan ərazisində keçirilən NATO hərbi təlimlərində fəal iştirakını davam etdirəcək.

İki ölkə arasında hərbi əməkdaşlığa dair proqram 2010-cu ildən başlayaraq hər il imzalanır.

Tonoyan deyib ki, builki proqrama hərbi təhsil, hərbi təbabət, serjant heyətinin hazırlanması, insan haqları və intizam, korrupsiya ilə mübarizə sahələrində əməkdaşlıq daxildir.

Bu, Gürcüstan müdafiə nazirinin 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilabdan” sonra bu ölkəyə ilk səfəridir.

Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib ki, o Ermənistan hərbçilərinin NATO-nun Noble Partner-2018 (Nəcib partyor) и Agile Spirit (Çevik ruh) hərbi təlimlərində iştirakını yüksək qiymətləndirir.

Bu iki təlim Gürcüstanda keçirilib. Ermənistan 2017-ci ildə keçirilən Agile Spirit manevrlərində iştirakdan son anda imtina etmişdi.

Azərbaycanın hərbi kontingenti hər iki təlimdə iştirak edib.

XS
SM
MD
LG