Accessibility links

Ermənistan 2 Azərbaycan hərbçisini qaytarıb


Ermənistan Azərbaycanın iki hərbi qulluqçusunu bu gün, dekabrın 20-də geri qaytarıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 18-də Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçuları Teymur Hüseynov və Murad Mustafayev əlverişsiz hava şəraitində yolu azaraq Ermənistan tərəfə keçib.

Müdafiə Nazirliyi bildirir ki, aparılan danışıqlar nəticəsində hərbi qulluqçular geri qaytarılıb.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyinin bir hərbi hissəsinin müdafiə zonasında erməni hərbçilər Azərbaycan Silahlı Qüvvələrinin sərhədi pozan iki hərbçisini saxlayıb.

“Dekabrın 20-də humanitar səbəblərdən və Rusiya Federasiyasının vasitəçiliyi ilə həmin hərbçilər Azərbaycan tərəfinə qaytarılıb,” Müdafiə Nazirliyi bildirir.

2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə bəyanatından sonra Azərbaycan tərəfi yüzdən çox erməni əsilli şəxsi Ermənistana təhvil verdiyini bildirib. Bu ilin dekabrında isə Azərbaycan 20 erməni hərbçisni geri qaytarıb.

Ermənistan isə bundan öncə, 2020-ci ilin sonlarında 2 Azərbaycan hərbçisini geri qaytarıb.

XS
SM
MD
LG