Fevralın 1-dən Ermənistanda elektrik enerjisinin qiyməti ucuzlaşıb.
Gündüz vaxtı elektrik enerjisinin 1 kilovatı 1, 22 dram ucuzlaşaraq 44,98, gecə tarifi isə 10 dram az-34,98 dram olub.
Aztəminatlı ailələr üçünsə gündüz tarifi 40, gecə tarifi isə 30 dram olub.
Ermənistan ictimai xidmətlərin tənzimlənməsi komissiyası müvafiq qərarı ötən ilin dekabrında qəbul edib.
50 dram təxminən 10 ABŞ sentidir.
Qeyd edək ki,ötən il ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı kütləvi etirazlar keçirilmişdi.
Bundan əvvəl-ötən ilin sonlarında Ermənistanda yanacaq və qazın da qiyməti endirilib.