Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kənd sakini Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.
Mətbuat xidməti bildirir ki, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.
“Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək”, xəbərdə qeyd edilir.