Ermənistanın baş naziri Nikol Paşinyan özünün və ailəsinin koronavirusdan sağaldığını deyib.
Paşinyan Facebook səhifəsində ailəsi ilə birlikdə bazar ertəsi ikinci dəfə testdən keçdiklərini və onlarda koronavirus aşkar edilmədiyini bildirib.
Paşinyan koronavirusa bir həftə əvvəl çox ehtimal ki, iclasda ona əlcək taxmadan su gətirən bir ofisiantdan yoluxduğunu bildirmişdi.
Təxminən 3 milyon əhalisi olan Ermənistanda bu günə qədər 13 mindən çox yoluxma və 211 ölüm halı qeydə alınıb.
Ermənistan hökuməti ölkədə martın ortalarında fövqəladə vəziyyət elan edib.