Prezident İlham Əliyev ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Erik Rubini qəbul edib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan ilə Amerika arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.
Görüşdə, həmçinin iki ölkə arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın önəmi qeyd olunub, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.