İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə apardığı üçün həbsə salınan 7 nəfərə hökm oxunub.
“Media forum” saytının məlumatına görə, Əhvaz məhkəməsi qanunsuz aksiyalara qatılmaqda, dövlət quruluşuna qarşı çıxmaqda və separatizmdə günahlandırdığı fəallardan 4-nü (Qazi Abbasi, Əbdülrza Əmir Xənafərə, Əbdüləmir Məcdəmi və Şəhab Abbasi) edama məhkum edib.
Məhkəmənin qərarı ilə 3 nəfər (Casim Müqəddəm, Sami Cədmavinejad və Hadi Əlbuxənfər Nejad) 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.