Accessibility links

Ərəb Liqası İrana qarşı həmrəylik nümayiş etdirib


Misir paytaxtı Qahirə şəhərində Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə son hücumları müzakirə edən Ərəb Liqasının xarici işlər nazirləri Səudiyyə Ərəbistanı ilə həmrəylik nümayiş etdiriblər. Nüfuzlu şiə din xadiminin edamından sonra İranda baş vermiş hücumların ardınca 8 ərəb ölkəsi İranla münasibətlərini minimuma endirib.

Toplantı zamanı Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla Ben Zayidin İranı tənqid atəşinə tutması alqışlarla qarşılanıb.

O iddia edib ki, İran təriqətçilikdən regionda hegemonluğunun tətbiqində istifadə edir və Ərəb ölkələrinin daxili işlərinə qarışır. Xarici işlər nazirinin sözlərinə görə, İran ekstremist qrupları dəstəkləyir, onlara təlimlər keçir, terrorçuları silahla təmin edir və silahlıların bölgədə xaos, zorakılık və sabitsizlik yaratmasına yardım göstərir.

Sudiyyə xarici işlər naziri Adel Cubeir də İranın Ərəb ölkələri daxilində agentlər təyin etdiyi və onları hökumətə qarşı istifadə etdiyini bildirib və İranı qonşularının daxili işlərinə qarışmamağa çağırıb.

Keçən həftə İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının səfirliyinə hücumları yanlış və qanun pozuntusu adlandırıb. Ancaq o deyib ki, Səudiyyə Ərəbistanı kran ailəsinin tənqidçisi olan Şeyx Nimr Əl-Nimrin edamını bu gənginləşən diplomatik əlaqələrin arxasında gizlədə bilməz.

XS
SM
MD
LG