Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Azərbaycana gedib.
Onun səfəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak məqsədi daşıyır.
AZƏRTAC-ın xəbərinə görə, Türkiyə prezidentini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və başqa rəsmi şəxslər qarşılayıblar.
Sabah, oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Görüşü keçirilməlidir.
Türk Şurası 2019-cu ildə yaradılıb. Şuraya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.