Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya ilə sərhəd boyu ərazilərini təmizləyəcəyini deyib. Bu, Türkiyənin Suriyanın şimalında Afrin bölgəsində Suriya kürdlərinin YPG qrupuna qarşı hücumlarını davam etdirəcəyinə işarədir.
Türkiyənin doqquz gün əvvəl Afrində hərbi əməliyyatlara başlaması ilə Ankara və Vaşinqton arasında gərginlik daha da artıb. Birləşmiş Ştatlar Suriyada İŞİD-ə qarşı mübarizədə YPG-yə dəstək verir.
“Biz addım-addım bütün sərhədimizi təmizləyəcəyik”, Ərdoğan bildirib. Türkiyə prezidenti bu açıqlamanı hərbi qüvvələrin Cebel Bursaya təpəliyinin ələ keçirilməsini elan etməsindən sonra verib. Türkiyə mətbuatında bu ərazi son günlər mühüm strateji mövqe kimi təsvir edilib.
Ərdoğan keçən həftə bildirib ki, Türkiyənin sərhəd bölgələrini YPG-dən təmizləmək üçün Suriyanın daxilində İraqa qədər ərazilərdə əməliyyatlar aparıla bilər. Suriya kürdlərinin rəsmiləri Türkiyənin daha geniş əməliyyatlarına “müvafiq cavab” verəcəklərinə söz verib.
Bir həftədən artıq sürən hərbi əməliyyatların gedişində Türkiyə və onun müttəfiq olan Suriya üsyançıları təpəlik ərazidə döyüşlərdə az irəliləyişə nail olub.
ABŞ-ın dəstəklədiyi Suriya Demokrati Qüvvələri hərbi alyansının ən güclü qolu olan YPG ərazidə şiddətli döyüşlərin davam etdiyini bildirib.
Suriyada durumu müşahidə edən, Britaniyada qərarghlanan Suriyada İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, Türkiyə və onun müttəfiqləri Azaz şəhərinin qarşısındakı təpəlik ərazinin nəzarətini ələ keçirib.
Qrup Türkiyənin Afrində bazar günü hava hücumları nəticəsində bir ailədə üç nəfərub həyatını itirdiyini bildirib. Türkiyənin bombardmanları nəticəsində qədim məbədin dağıldığı bildirilir.