Accessibility links

Rəcəp Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə səfərə çıxıb


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan barışıq missiyası ilə Səudiyyə Ərəbistanı, Küveyt və Qətərə ikigünlük səfərə çıxıb.

O deyib ki, Qətər ətrafında yaranan böhranın heç kimə faydası yoxdu.

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və bir neçə başqa ölkə Türkiyənin müttəfiqi olan Qətərlə diplomatik və ticarət ələqələrini kəsib.

Qətərdən "terrorçuluğu dəstəkləməməyi", "İranla yaxın münasibətlərə" son qoymağı tələb edilir.

Qətər bu ittihamları rədd edir.

İyulun 23-də Ərdoğanın Səudiyyə kralı Salmanla görüşüb. Daha sonra onun Küveytə və Qətərə yollanacağı gözlənir.

XS
SM
MD
LG