Accessibility links

Rəcəp Tayyib Ərdoğan-Kaptanpaşadan siyasi zirvəyə gedən yol [Təhlil]


Ərdoğan-Kaptanpaşadan siyasi zirvəyə gedən yol
please wait

No media source currently available

0:00 0:03:19 0:00
Bu yaxınlarda Türkiyədə keçirilmiş etiraz nümayişləri müxtəlif siyasi proqramı olan bir sıra partiyaları bir araya gətirdi. Bu qruplar Baş nazir Rəcəp Tayyib Ərdoğanın 11 illik hakimiyyətinə son qoymaq haqda birgə çağırışlarla çıxış etsə də, Türkiyə liderinin geri çəkilmək fikri yoxdur.

İstanbulun fəhlə sinfinin nümayəndələrinin yaşadığı Kaptanpaşa məhəlləsində hamı bir-birini tanıyır və bir-birinə dəstək verir.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan burada boya-başa çatıb. Məhəllə sakinləri bununla qürur duyur.

İnsanlar burada çayxanalarda oturub söhbət edir. Önder Terkan işsizdir. O deyir ki, Ərdoğan əsl müsəlman olduğu üçün populyardır.

Amma bu, belə deyil. Taksim meydanı bu yaxınlarda hökumət əleyhinə nümayişlərə səhnə oldu. Nümayişlər keçən ay Gezi parkının sökülməsi planına etiraz olaraq başlayıb, sonra cənab Ərdoğanın istefası tələbilə ölkə boyu nümayişlərə çevrildi.

Sati Ay təhlükəsizlik xidmətinin işçisidir. O deyir ki, baş nazir qeyri-bərabər qüvvədən istifadən dir, xalqı əzir, diktator kimi hərəkət edir.

Lakin Kaptanpaşa sakinləri baş nazirin geri çəkilməməli olduğunu deyir. Tekstil işçisi Eris Doğanın sözlərinə görə, baş nazir bəzən sərtlik göstərir, amma adamlar onun bu cəhətini xoşlayır və insanların 50-dən çox hissəsi onu dəstəkləyir.

59 yaşlı cənab Ərdoğan hakimiyyətə 2003-cü ildə gəlib və böyük səs çoxluğu ilə daha iki dəfə yenidən seçilib.

Gənclik illərində o, profesional futbolçu olub və oynadığı Kasımpaşa Spor klubu üçün stadion tikdirib. Baş nazir kimi Rəcəp Tayyib Ərdoğan insfrastrukturun genişləndirilməsi və şəhərsalma layihələrini həyata keçirib.
O, ailəsini saxlamaq üçün kiçik yaşlarından işləməyə başlayıb. Yeniyetmə yaşlarında siyasi islama maraq göstərib və 1998-ci ildə islam mövzusunda şeri yürüş zamanı oxuduğuna görə həbs edilib. 1990-cı illərdə cənab Ərdoğan İstanbulun meri kimi şəhərin təmizlənməsi və müasirləşdirilməsi səylərinə görə populyarlıq qazanıb.

Gənclik illərində o, profesional futbolçu olub və oynadığı Kasımpaşa Spor klubu üçün stadion tikdirib. Baş nazir kimi Rəcəp Tayyib Ərdoğan insfrastrukturun genişləndirilməsi və şəhərsalma layihələrini həyata keçirib. Onun hakimiyyəti dövrü Türkiyə iqtisadiyyatının inkişafı dörd dəfə yüksəlib və orta sinf sayca artıb. Lakin tənqiçilər onun proqramlarının zənginlərə xidmət etdiyini deyir.

İstanbulda polislə nümayişçilər toqquşur
İstanbulda polislə nümayişçilər toqquşur
Kaptanpaşa məhəlləsində onu bir zaman tanıyanlar onun haqda indi fikir söyləməyə çətinlik çəkir. 72 yaşlı təqaüdçü Hıdır Aydın onu yaxşı bir dost, gözəl insan adlandırır. O deyir ki, cənab Ərdoğan dostlarına çox sadiq idi, amma indi heç bir söyləyə bilməz, çünki “o, çox yüksəkdədir, səmada uçan vertolyot kimi.”

Hıdır Aydın köhnə qonşusu haqda pis danışmaq istəmir və əlavə edir ki, o həm də yaxşı futbolçu olub.
XS
SM
MD
LG