Accessibility links

Türkiyənin baş naziri İrandan Azərbaycana gəlib


Türkiyənin baş naziri İrandan Azərbaycana gəlib
Türkiyənin baş naziri İrandan Azərbaycana gəlib

İranla uranın mübadiləsi barədə razılıq əldə edən Türkiyənin baş naziri Azərbaycana işgüzar səfərində prezident İlham Əliyevlə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgüzar səfərdə olub. O prezident İlham Əliyevlə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında danışıqlar aparıb. Türkiyə və Azərbaycan rəhbərləri Bakıda Atatürkə ucaldılmış heykəlin açılış mərasimində də iştirak edib.

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə əlaqələrinin bütün sahələrdə uğurlu olduğunu bildirib. Onun fikrincə, ticarət əlaqələrinin strukturu da dəyişib. Cənab Əliyev Türkiyə baş nazirinə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar barədə məlumat verib.

Cənab Ərdoğan isə Türkiyə - Ermənistan münasibətlərinin normallaşmasının Ermənistan-Azərbaycan münaqişəsində əldə ediləcək irəliləyişdən asılı olduğunu bəyan edib. Onun fikrincə, ATƏT-in Minsk qrupunun həmsədrləri bununla bağlı Ermənistana sözünü deməlidir.

İkitərəfli münasibətlərə gəlincə, cənab Ərdoğan bildirib ki, iki ölkə arasında Yüksək Səviyyəli "Strateji Əməkdaşlıq Şurasının" yaradılması üçün məsləhətləşmələr aparılır və iyunun 7-8-də İstanbulda bununla bağlı sənəd imzalanacaq. Sənəd həm də iqtisadi münasibətləri önəmli şəkildə irəli aparacaq. Azərbaycan prezidenti isə iki ölkə arasında qaz satışı və nəqli ilə bağlı məsələnin həllini tapdığını bildirib. Onun dediyinə görə, hazırda sənədin imzalanmağa təqdim edilməsi üçün texniki işlər aparılır.

XS
SM
MD
LG