Accessibility links

Ərdəbilli gənc qız İranda qılıncoynatma çempionatında birinci olub


Nuri və Qushi
Nuri və Qushi
İran Azərbaycanından olan Arzu Qaraquşi və Səkinə Nuri İranın gənc qadınlar arasında qılıncoynatma çempionatının gənc qadınlar finalında qarşılaşıblar. Ərdəbil vilayətinin Nir şəhərindən olan Arzu Qaraquşi final görüşündə Qərbi Azərbaycanlı Səkinə Nuri üzərində 15-12 hesabı ilə qələbə çalaraq çempionatın birincisi olub. Dekabrın 4-də başlayan Ölkənin Böyük Mükafatı adlı çempionat Tehranda keçirilir.
İranda azərbaycanlı qadınların ölkə və beynəlxaq qılıncoynatma çempionatlarında güclü iştirakları olur. Onların bir çoxu, o cümlədən Ərdəbil vilayətindən Arzu Qaraquşi və Sonya Binəzir və Urmiyədən İlahə Qəhrəmani, Səkinə Nuri və Nigin Məklayi ölkədə qılıncoynatma üzrə yığmanın üzvləridirlər.
Bu il iyun ayında Gürcüstanda keçirilən qılıncoynatma üzrə beynəlxalq turnirin fərqli növlərində, İlahə Qəhrəmani qızıl, Səkinə Nuri gümüş və Arzu Qaraquşi bürünc medallar qazanıblar.
XS
SM
MD
LG