Accessibility links

Ərdəbildə 5 milli fəala həbs və şallaq cəzası verilib


Məhkəmə hökmü
Məhkəmə hökmü

Hökmdə fəallar millətçilik məzmunlu şüarlar səsləndirdiyi yazılıb

Ərdəbil Cəza Məhkəməsi “futbol stadionunda etnik və millətçilik məzmunlu şüarlar” səsləndirdikləri üçün 5 milli fəallı “ümumi intizam və asayişi pozmaq”da günahlandıraraq hər birini 3 ay həbs və 30 şallaq cəzasına məhkum edib.

Güney Azərbaycan Televiziyasının yaydığı məlumata əsasən, Mustafa Pərvin, Saleh Piçqanlı, Tovhid Əmir Əmini, Murtaza Pərvin və Meysəm Colani keçən sentyabr ayının 10-da Ərdəbilin Təxti Stadionunda futbol matçı zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.

Yayılan məlumata görə, həmin matç zamanı stadiondakı azarkeşlər tanınmış siyasi məhbus Abbas Lisani və digər siyasi məhbuslara dəstək bildirən ifadələr yazılmış plakatlar qaldırıb və milli şüarlar səsləndiriblər.

Günaz TV veb səhifəsinin nəşr etdiyi məhkəmə sənədinə istinadən, mühakimə zamanı sadəcə müttəhimlərin biri məhkəmə qarşısına çıxıb və fəalların dördünə qarşı qiyabi hökm çıxarılıb.

“Məhkəmədə hazır olmayan türk fəallar əslində noyabr ayında irqçiliyə qarşı etirazlara qatıldıqları üçün nəzarət altına alınmış və məhkəmə zamanı həbsxanada saxlanılırdılar,” deyə Günaz TV-nin xəbərində qeyd edilib.

İranın önəmli futbol mərkəzləri kimi tanınan Təbriz və Ərdəbil, eləcə dəAsiyanın Voleybal Paytaxtı adlandırılan Urmiyə şəhərinin stadionları son illərdə milli fəallar və türk dil haqları müdafiəçilərinin fəaliyyət və təbliğat meydanına çevrilib.

XS
SM
MD
LG