Accessibility links

Energetika naziri İranın energetika və neft naziri ilə danışıqlar aparıb


Pərviz Şahbazov İranda
Pərviz Şahbazov İranda

Azərbaycanın energetika naziri Pərviz Şahbazov İrana səfəri çərçivəsində bu ölkənin energetika və neft nazirləri ilə görüşüb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, energetika naziri Reza Ardakanian ilə görüş zamanı iki ölkənin enerji sistemləri arasında həyata keçirilən elektrik enerjisi mübadiləsi, elektrik enerjisinin satışı ilə bağlı görülən tədbirlər, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları, eyni zamanda, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nazirlər bu yaxınlarda İranın enerjinin istehsalı, ötürülməsi və paylanması üzrə şirkəti “TAVANİR” ilə “Azərenerji” ASC arasında elektrik enerjisinin alıq-satqısı üzrə müqavilənin imzalanmasını elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirən addım kimi qiymətləndirib.

Görüşdə həmçinin Azərbaycan-İran-Rusiya arasında elektrik enerjisi dəhlizinin yaradılması müzakirə edilib. Üç ölkə arasında elektrik enerjisi sistemlərinin birləşdirilməsinin optimal variantının müəyyənləşdirilməsi üçün davamlı müzakirələrin məqsədəuyğunluğu qeyd edilib.

Pərviz Şahbazov İranda
Pərviz Şahbazov İranda

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”in icrası məqsədilə yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası keçirilib. İclasda bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə edilib, növbəti tədbirlər müəyyənləşdirilib.

Energetika naziri həmçinin İranın Turbin Mühəndisliyi və İstehsalat Şirkətinə (MAPNA) baş çəkib, şirkətin fəaliyyəti ilə tanış olub. Azərbaycanla külək və günəş elektrik enerjisi stansiyalarının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Şahbazov İranın neft naziri Bijan Namdar Zəngənə ilə görüşdə iki ölkə arasında neft-qaz sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, eləcə də 2018-ci il martın 28-dəimzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında Xəzər dənizində müvafiq blokların birgə işlənməsi haqqında Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər müzakirə edilib.Bildirilib ki, İran Milli Neft Şirkəti (NİOC) “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri layihələrində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq Xəzər dənizində müvafiq blokların işlənməsi ilə yeni mərhələyə daxil olacaq.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov mayın 6-7-də İranda səfərdə olub. Səfər çərçivəsində energetika naziri Tehrandakeçirilən 23-cü Beynəlxalq Neft-Qaz, Neftayırma və Neft-Kimya sərgisində iştirak edib.

XS
SM
MD
LG