Accessibility links

Devid Kameronun sözçüsü 18 ay həbs cəzasına məhkum edilib


Baş nazir Deyvid Kameronun sözçüsü, sabiq Britaniya sarı mətbuat redaktoru sensasion hekayələr toplamaq məqsədi ilə telefon danışıqlarını dinlədiyinə görə 18 ay həbs cəzasına məhkum edilib.

Ötən həftə şəxsi səs mesajlarını dinləməkdə təqsirli bilinən Endi Kulson bu gün Londonda həbs edilib.

Digər üç sabiq müxbir də daha az müddətə azadlıqdan məhrum edilib.

Kulson və onunla birgə həbs edilən şəxslər Britaniya kral ailəsi, siyasətçilər, məşhurlar və cinayət qurbanlarını gizli şəkildə dinləməkdə ittiham edilib.

2003-cü ildən 2007-ci ilədək Kulson mətbuat maqnatı Rupert Murdoçun fəaliyyətini dayandırmış Dünya Xəbərləri sarı mətbuatının redaktoru idi. Kulson daha sonra 2011-ci ilədək Kameronun kommunikasiya müdiri vəzifəsində çalışıb.

XS
SM
MD
LG