Accessibility links

“Emin Hüseynovun ölkəni tərk etməsinə icazə verin”


RATİ direktoru Emin Hüseynov
RATİ direktoru Emin Hüseynov

ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit Azərbaycan hakimiyyətini cinayət təqibindən İsveçrə səfirliyində gizlənən hüquq müdafiəçisi Emin Hüseynovun ölkəni tərk etməsinə icazə verməyə çağırıb.

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov yorulmadan Azərbaycanda jurnalistləri və KİV azadlığını dəstəkləyirdi.

Prezident Əliyevə Hüseynovun İsveçrə səfirliyini təhlükəsiz şəkildə tərk edib ölkədən çıxmasına imkan vermək çağırışı ilə müraciət edirəm.

Təəssüf ki, cənab Hüseynovun təqibi hüquq müdafiəçilərinə qarşı böyük mübarizə kampaniyasının bir hissəsidir”, Smit bildirib.

Öz növbəsində, Dövlət Departamentindəki mənbə AzadlıqRadiosuna bildirib ki, ABŞ rəsmiləri Hüseynovun adından Azərbaycan hökuməti ilə əlaqə saxlayır, həmçinin hakimiyyəti Hüseynovun ölkəni təhlükəsiz şəkildə tərk etməsinə icazə verməyə çağırır. ABŞ Hüseynovun vətəndaş cəmiyyətində rolunu dəstəkləyir və onun hazırki vəziyyətindən narahatdır”, mənbə bildirib.

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini Hüseynovun cinayət təqibinə son qoymağa və onun həbs təhlükəsi olmadan işi və sərbəst şəkildə yerdəyişməsi üçün şərait yaratmağa çağırıb.

Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqniyanova bildirib ki, hüquq müdafiəçisinin xarici səfirlikdə xilas olmağa məcbur olması Azərbaycan hökuməti üçün utancvericidir.

Xatırladaq ki, Emin Hüseynov 2014-cü ilin avqustundan – prokurorluq ona qarşı qanunsuz sahibkarlıq və vergi ödənişindən yayınma ittihamı ilə cinayət işi açdıqdan sonar, - İsveçrənin Bakıdakı səfirliyində müdafiə altında yaşayır.

XS
SM
MD
LG