Accessibility links

ABŞ-ın Çindəki səfiri hücuma məruz qalıb


Çin rəsmiləri ABŞ səfiri Qari Lokun avtomobilinin mühasirəyə alaraq ona əşyalar atan və Amerika səfirliyinə daxil olmasını müvəqqəti əngəlləyən bir qrup etirazçının məsələsini araşdıracağına söz verib.

ABŞ Dövlət Departamentinin sözcüsü bildirib ki, səfir Lokun rəsmi avtomobili 50 nümayişçi mühasirəyə alıb. Viktoriya Nuland onların maşına cüzi zərər yetirdiklərini, lakin səfirin xəsarət almadığını deyib.

Lok müxbirlərə deyib ki, hadisə baş verən an həyatı üçün təhlükə hiss etməyib. Lakin o, narahatlığını bildirmək və ABŞ səfirliyinin nümayəndələrini müdafiə etmək üçün əllərindən gələni etmələri üçün Çinin Xarici İşlər Nazirliyinə müraciət etdiyini deyib.
XS
SM
MD
LG