Accessibility links

Elxan Şahinoğlu: Rusiya-Türkiyə toqquşması Azərbaycanı seçimə məcbur edə bilər [Audio-Müsahibə]


Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı Amerikanın Səsinə müsahibəsi zamanı səfər çərçivəsində bir sıra məsələlərin gündəmə gətiriləcəyini bildirib.

Elxan Şahinoğlu: Rusiya-Türkiyə toqquşması Azərbaycanı seçimə məcbur edə bilər
please wait

No media source currently available

0:00 0:09:56 0:00

Ekspert deyib ki, Türkiyənin dövlət başçısı Azərbaycanda səfərdə olarkən iqtisadi və ticari məsələlərin müzakirəsi gözlənilir. O, tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars layihəsi və Şahdəniz yatağından qazın Türkiyəyə çatdırılması kimi mühüm məsələlər ətrafında danışılacağını deyib.

Elxan Şahinoğlu Azərbaycanda ciddi iqtisadi və sosial problemlər nəzərə alınaraq, Azərbaycanın Türkiyənin iri investisiyalarına ehtiyacı olduğunu ifadə edib. Ekspert əlaqələrin genişləndirilməsi və hərbi əməkdaşlıq kimi gündəmdə siyasi mövzuların da olduğunu bildirib.

Ərdoğanın səfəri Türkiyənin Rusiya ilə gərginliklər yaşanan vaxta təsadüf edir. Türkiyə-Azərbaycan əlaqələrinin Rusiya-Azərbaycan əlaqələrinə təsirindən danışan E. Şahinoğlu Türkiyənin Azərbaycanın hərbi strateji müttəfiqi olduğunu, Rusiya ilə isə qonşu bir dövlət kimi normal münasibətlərin saxlanmasına çalışıldığını deyib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə Azərbaycanın seçim etmək məcburiyyəti qarşında qala biləcəyini deyib. O, Rusiyanın təkbaşına Azərbaycan torpaqlarını işğal etməyə gücü çatmayan Ermənistanı dəstəklənməsinin Azərbaycan tərəfindən açıq dilə gətirilmədiyini önə çəkib.

İki ölkə arasında münasibətlərin gərginləşməsi ilə Azərbaycan seçim etmək məcburiyyəti qarşında qala bilər

Ekspertin fikrincə, Ərdoğan Rusiya əleyhinə sərt çıxışlarını Bakıda da təkrarlaya və bu, Azərbaycanı daha çətin vəziyyətə sala bilər O, vəziyyətdən çıxış yolunu İlham Əliyevin öz vasitəçiliyini təklif etməsində görür. Elxan Şahinoğlu bunu Azərbaycanın seçim etmək istəməməsi ilə izah edib. Ekspert deyib ki, Rusiya ilə Türkiyə arasında toqquşma yaransa, Azərbaycan seçim etməyə məcbur olacaq.

İlk dəfə olaraq qarşılıqlı hərbi köməyi nəzərdə tutan geniş-miqyaslı hərbi əməkdaşlıq sazişi imzalanacağı barədə yayılan məlumata gəlincə, Atlas Araşdırmalar Mərkəzinin bunun müstəsna olmadığını bildirib.

Elxan Şahinoğlu Rusiyanın Azərbaycana xoş olmayan jestlər etdiyini, Türkiyə ilə münasibətlərin gərginləşməsinə görə Ermənistanda hərbi bazalarını gücləndirdiyini, oraya yeni təyyarələr göndərdiyini deyib.

Ekspert ilk növbədə bu addımların Türkiyə əleyhinə olduğunun düşünülməsinə baxmayaraq, bunun Azərbaycan əleyhinə işləyə biləcəyini də istisna etmir.

O, Dağlıq Qarabağ probleminin həllinin Rusiyanın maraqlarına xidmət etmədiyini bildirib. Türkiyə ilə münasibətlərin gərginləşməsinə görə Rusiyanın münaqişənin həllinə yardım etməyəcəyini, hətta Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları qaytarmaq istəsə belə Rusiyanın buna razılıq verməyəcəyini irəli sürən Elxan Şahinoğlu yaranmış vəziyyətə görə Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının genişləndirilməsinə ehtiyac duyulduğunu bildirib.

Dağlıq Qarabağ probleminin həlli Rusiyanın maraqlarına xidmət etmir

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, “Bəşər Əsəd Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır”. Əzimovun dedikləri birmənalı qarşılanmayıb. Türkiyənin buna münasibətinə dair Atlas Araşdırmalar Mərkəzinin rəhbəri dövlət başçısı İlham Əliyevin bu haqda qəti fikir söyləmədiniyi önə çəkərək, nazir müavinin faktiki olaraq Moskva və Tehranın mövqeyindən çıxış etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG