Accessibility links

Vəkil AXCP fəalına bəraət istəyib [Video]


Vəkil AXCP fəalına bəraət istəyib
please wait

No media source currently available

0:00 0:04:03 0:00

Vəkil AXCP fəalına bəraət istəyib

Elvin Abdullayev ittihamı qəbul etmir və sifariş hesab edir

Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz narkotik dövriyyəsində ittiham olunan AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayevin (Abdullazadə) işi üzrə prosesdə təqsirləndirilən şəxsin vəkili Əli Mehdiyev son sözlə çıxış edib.

O, məhkəmədən gənc fəala bəraət verməyi xahiş edib. Vəkilin sözlərinə görə, ibtidai istintaq kobud qanun pozuntuları ilə keçirilib. Belə ki, polis idarəsində Abdullayevin saxlanılmasından 8 saat sonra üzərində axtarış aparılıb. Bu zaman saxlandıqdan dərhal sonra o, vəkillə təmin edilməyib, dindirmə prosesi axtarışdan əvvəl həyata keçirilib.

Bundan başqa, hal şahidlərindən biri ən az üç cinayət işində bu qisimdə cəlb edilib ki, bu da onun qərəzsiz olduğundan şübhələnmək üçün əsas verir.

Abdullayevözü çıxışa hazır olmadığına görə proses iyunun 1-i saat 12.30-a qədər təxirə salınıb.

Abdullayevin anası Zülfiyyə Abdullayeva Amerikanın Səsinə bildirib ki, oğlu siyasi motivlərlə təqib olunur. O, həmçinin qeyd edib ki, istintaq təcridxanasında oğluna fiziki təzyiq göstərilir.

E.Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Lakin AXCP-də fəalın təqibinin əsl səbəbinin tələbələr arasında demokratiya ideyalarını fəal şəkildə təbliğ etməsi və hökumətin siyasətini tənqid etməsi olduğunu hesab edirlər.

Abdullayev ittihamı qəbul etmir və sifariş hesab edir.

XS
SM
MD
LG