Bu gün YouTube səhifəsində mühacirətdə olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin baş prokuror Zakir Qaralova və Azərbaycan KİV-nə video-müraciəti yayılıb.
O bildirir ki, İnternetdə deputat Gülər Əhmədovanın ondan prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə vermək və Abdullayevi deputat seçdirmək məqsədilə 2 mln. dollar aldığını təsdiq edən videoçarx İnternetə yerləşdirildikdən sonra KİV və sosial şəbəkələr vasitəsilə onun ünvanına hədələr daxil olur.
Cənab Abdullayevin dediyinə görə, hədələr Azərbaycanda insan oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstədən gəlir. Bu qrup bir neçə il əvvəl E.Abdullayevin qardaşı Mahir Abdullayevi oğurlamışdı.
E.Abdullayev qeyd edir ki, parlamentə seçilmək üçün ona görə pul verib ki, deputat olarsa, oğurlanmış qardaşını tapmaq üçün yeni imkanlardan istifadə edəcəyinə ümid edirdi.
Gülər Əhmədovaya verdiyi pulun mənbəyinə gəlincə, Abdullayev iddia edir ki, 30 il bizneslə məşğul olub və bütün pullarının qanuni mənbəyi var.
Daha sonra o bildirir ki, hələ Azərbaycanda olduğu zaman prokurorluğa insan oğurlayan mütəşəkkil cinayətkar şəbəkənin fəaliyyətini sübut edən çoxsaylı audio və video sənədlər təqdim edib. Lakin bu materiallar araşdırılmayıb.
“Mütəşəkkil cinayətkar şəbəkə dövlət qurumlarındadır və dövlətin gücündən və imkanlarından istifadə edir”, deyən E.Abdullayev əlavə edib ki, prokurorluğa əlində olan faktların yalnız yarısını verib. O, baş prokurorluğu bu faktları, habelə G.Əhmədovaya pul verməsi faktını araşdırmağa çağırır.
“Zərərçəkmiş olaraq bütün bu videomaterialların araşdırılmasını və təqsirkarların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm”, deyə Abdullayev bildirir.