Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən Rusiya xarici işlər naziri Sergey Lavrovun danışıqları qiymətləndirməsilə razı olduğunu bildirib.
“Rusiyanın xarici işlər naziri Serqey Lavrovun qiymətləndirməsi ilə razıyam ki, dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır.
Bu danışıqlar mümkün qədər ən tez bir zamanda başlamalı, region əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr əldə edilməlidir”,nazir vurğulayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ, Fransa) xarici siyasət idarələrinin rəhbərlərinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənitan prezidentlərinin danışıqlarının yekunları ilə bağlı bildirib ki, Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları 1994-1995-ci illər razılaşması formatında regionda atəşkəsə əməl olunması barədə razılıq əldə edib
“Ötən yüzilliyin 94-95-ci illərində əldə olunmuş razılaşma formatında atəşkəsə əməl edilməsinə nail olunması barədə razılıq əldə olundu və bu haqda birgə bəyanatda deyiləcək”, o bildirib.
Ermənistan və Azərbaycan tərəfləri kompromis axtarışına yönəlib, Lavrov qeyd edib.
“Belə düşünməyə əsasımız var ki, Ermənistan və Azərbaycan tərəfləri kompromis əldə etmək əhval-ruhiyyəsindədir. Biz buna yardım edəcəyik”, o vurğulayıb.
Lavrov bildirib ki, görüşdə “iyunda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşün vaxtını və yerini müəyyənləşdirməsi barədə razılıq əldə edilib. Həmin görüşdə Qarabağ probleminin yekun nizamlanmasının parametrlərinin razılaşdırılması üzrə iş davam etdiriləcək”, nazir qeyd edib.