Accessibility links

Elmar Məmmədyarov: BMT TŞ qərarlarının tətbiqi mexanizmini yaratmalıdır


Elmar Məmmədyarov: BMT TŞ qərarlarının tətbiqi mexanizmini yaratmalıdır
Elmar Məmmədyarov: BMT TŞ qərarlarının tətbiqi mexanizmini yaratmalıdır

Nazir ABŞ Dövlət Katibi, Kolumbiya, BƏƏ, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşüb.

Meksikada səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib.
Nazir Məmmədyarov Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakını G 20 ölkələrinin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib.
Təhlükəsizlik məsələlərinə toxunan nazir, bu sahədə qəbul edilən qərarların tətbiq edilmə mexanizminin də olmasının vacibliyini qeyd edib. BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycanın bu qətnamələrin tətbiq mexanizminin olmaması kimi xoşağəlməz təcrübəsinin olduğunu xatırladıb. BMT TŞ-nın öz qərarlarına hörmətlə yanaşmasının vacib olduğunu qeyd edərək, qərarların tətbiq mexanizminin də yaradılmasının mühümlüyünü vurğulayıb.
O BMT-nin universal bir təşkilat kimi əhəmiyyətinin azaldılmasında maraqlı olmadığını qeyd edərək, BMT-nin qəbul edilmiş qərarlarının icrasının təmin olunması üçün daha təsirli səlahiyyətlərə malik olmasının vacibliyini vurğulayıb. “Bu mexanizmlərin yaradılması qlobal və regional təhlükəsizliyin təmin olunması üçün əsas şərtlərdən biri ola bilər”.
Nazir Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi səfəri çərçivəsində ABŞ-ın Dövlət Katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib.


XS
SM
MD
LG