Accessibility links

Alimlər tennis texnikalarını araşdırır [Video]


Alimlər tennis texnikalarını araşdırır
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Ayaq sürüşdürmək müasir tennisin əsas hissələrindən birinə çevrilib. Alimlər buna diqqət edərək oyunun texnikasını təhlil etmək qərarına gəliblər. Bu, oyunu anlamaqla yanaşı daha yaxşı idman ayaqqabısı və tennis meydançası inkişaf etdirməyə kömək olacaq.

Sürüşərək topa vurmaq tennis oyununda gildən düzəldilmiş meydançalarda tez-tez görünən haldır. Lakin son zamanlar idmançılar bunu ot üzərində və ya sərt səthə malik meydançalarda da edirlər.

Alimlər deyir ki, sürüşmək qaçmaqdan daha sürətlidir və idmançılara istiqamətlərini dəyişdirməyə daha tez kömək edir.

Daniel Ura: “Oyunun sürəti xeyli artıb. Çünki idmançılar ötən illərlə müqayisədə daha cəld hərəkət edirlər. Bu, raketkanın materialından və ya iplərindən də aslı ola bilər. Lakin düşünürəm ki, əsas idmançıların topa tez çatmalarıdır.”

Hələlik çox az idmançı bu texnikadan istifadə edir. Yaxşı sürüşmək üçün ayaqqabı meydançanın səthi ilə düzgün uyuşmalıdır. Belə yerdə alimlər köməyimizə gəlir.

Daniel Ura: “Düşünürəm ki, bu daha çox Formula 1 yarışına bənzəyəcək. Yəni oyun hava şəraitinə və ya meydança səthinə bağlı olacaq.”

Ayaqqabı və meydança arasında sürtünməni ölçəcək ən münasib material Şeffild Universitetinin tədqiqatçıları tərəfindən xüsusi mexanik qurğu vasitəsilə müəyyən edilib.

Met Kari: “Bunu etmək üçün biz başa düşməliyik ki burada bir neçə parametr var: ayaqqabı necə dəyişir, ayaqqabının xüsusiyyəti qarşılıqlı əlaqəyə necə təsir edir, bu xüsusiyyətin meydançaya təsiri və həmçinin temperatura, oyunçuların ağırlığı, meydançada onların necə hərəkət etmələri.”

Beynəlxalq Tennis Federasiyası ilə birgə həyata keçirilən araşdırma fərqli tennis ayaqqabı materiallarına, meydançalara və sürətli və həyəcanlı oyunlara yol aça bilər.

XS
SM
MD
LG