Accessibility links

Qızılca virusu sürətlə yayılır


Qızılca virusu sürətlə yayılır
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Bir zamanlar qızılca kimi yoluxucu xəstəliklərin inkişaf etmiş ölkələrdə nəzarət altındda saxlanmasına baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı qızılca epidemiyasının qlobal şəkildə yayıla biləcəyi barədə xəbərdarlıq edir. Xəstəlik halları əsasən zəngin ölkələrdə olmaqla, bütün dünya boyu yayılmaqda davam edir.

Çoxları qızılcanın adi virus olduğunu düşünür. Lakin bu, ətrafa meşə yanğını kimi sürətlə yayılan virus öldürücü ola bilər. Bu virus eləcə də korluğa, karlığa və beyində zədələnməyə səbəb ola bilər. Clivlend Uşaqü Xəstəxanasında doktor Kamill Sabella: “Qızılca inanılmaz dərəcədə keçicidir. Əgər bir nəfər xəstələnirsə, havada olduğu üçün onun qarşısını almaq çox çətin olur.”

Bu xəstəlik öskürək və ya asqırıqla yayılır. Bu virus havada və ya hansısa səthdə iki saat yaşaya bilir. Doktor Nensi Messoner: “Qızılca olan bir şəxs bu virusa qarşı peyvənd almamış on nəfərlə bir otaqda olarsa, onlardan doqquzu mütləq qızılca tutacaq.”

Və xəstəliyin kimin tərəfindən yayıldığı çox vaxt məlum olmur. “Kimsə hələ özü səpməmişdən dörd gün əvvəl kimisə bu xəstəliyə yoluxdura bilər” - deyə, doktor Nensi Messoner bildiri.

Uşaqların Milli Tibb Mərkəzindən doktor Roberta De Biasi: “Qızılcaya tutulmuş körpədə xəstəliyiin ilkin çağlarında burun axması və öskürmə halları ola bilər. Bədəndə səpki isə dörd gündən sonra əmələ gələ bilər.”

Qızılca körpələr və uşaqlar üçün daha təhlükəlidir. Doktor Kamill Sabella: “Qızlıcaya qarşı peyvənd olmadan uşaqları qızılcadan qorumaq çox çətindir.”

Səpki yüksək atəşlə müşayiət olunur. Ən yaxşı qorunma üsulu peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatından Katerin O`Brayen: “Bizdə qızılcaya qarşı misli görünməyən peyvənd var. Bu peyvənd 50 ildən çoxdur yüz milyonlarla uşağa vurulub və onlar artıq böyümüş, sağlam insanlardır. Onların yaşamasına səbəb peyvənd edilmələridir.”

Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə qızılcaya tutulanların sayı xeyli çoxdur. Bu, seçimdən asılıdır. İnkişaf etmiş ölkələrdə bəzən valideynlər uşaqlarına peyvənd vurdurmaq istəmir. Yoxsul ölkələrdə isə valideynlərin bunu etməyə imkanları olmur.

XS
SM
MD
LG