ABŞ nümayəndəsi Kit Ellison İŞİD-lə bağlı mövqeyini dəyişməz saxlayır.
Amerikanın Səsinə müsahibəsi zamanı İslam Dövlətinin tənqidləri və təhdidlərinə məruz qalan müsəlman konqresmen qrupun nə İslam, nə də dövlətçiliklə əlaqəsi olduğunu bildirib.
İŞİD-in gördüyü heç bir iş nə İslam, nə də Quran tərəfindən dəstəklənir
O deyib ki, İŞİD şər üzərində qurulub və onun yer üzündə İslam cənnəti quracağı vədləri cəfəngiyyatdır.
“Onlar yalançı, təcavüskardır. Onlar insanları işgəncələrə məruz qoyur. İslamda bu yasaqdır. Onlar insanları yandırır. İŞİD-in gördüyü heç bir iş nə İslam, nə də Quran tərəfindən dəstəklənir”-deyə konqresmen bildirib.
Ellisonun adı qrupun "ABŞ, Avstraliya, Britaniya və Kanadada siyasi fəaliyyət göstərən satqınlar” siyasında yer alır.
İŞİD-in onlayn siyahısı, qrupun lideri Əbu Bəkr Əl-Bağdadinin bəyanatları və qanlı bıçaq şəkilləri internetdə yerləşdirilib. O deyib ki, İŞİD-ə təslim olduqları halda siyahıda onların əfi mümkündür.
Ellison buna cavab olaraq qrupun təhdidilərinin onu qorxutmadığını bildirib. Müsəlman Konqresmen İŞİD-in ideologiyası ilə mübarizəsini davam etdirəcəyini and içib.
“Sizin qəddar ideologiyanızı məhv edəcəyəm”- deyə Ellison İŞİD-ə üz tutub.
Demokrat nümayəndə Ellison İŞİD-in somalili gəncləri sıralarına cəlb etdiyi Minnesota ştatındandır. Federal Kəşfiyyat Agentliyi 2014-cü ildən bəri Minnesotada 9 nəfəri nəzarət altına alıb. İraq və Suriyaya getməyi planlaşdıran bu gənclərdən 6-sı günahkar olduqlarını etiraf edib. Digərlərinin isə məhkəməsi hələ davam edir.
Ellison gənclərə müraciət edərək, onları İŞİD-in tələsinə düşməməyə çağırıb.