Accessibility links

Elitar Çin kommandoları Sincana göndərilib


Elitar Çin kommandoları Sincana göndərilib
Elitar Çin kommandoları Sincana göndərilib

Dövlət mediası xəbər verir ki, Çin hökuməti elitar anti-terrorist bölməsini son zorakılıqların ardınca qaynar Sincan vilayətinə göndərib.

Gündəlik Çin qəzeti yazır ki, Qar Bəbirləri adlanan kommando batalyonu Aksu şəhərində yerləşdiriləcək. Aksu vilayət paytaxtı Urumçi ilə Kaşqar arasında yerləşir. 20-dən çox adam ötən ay bu regionda baş vermiş iki insidentdə həlak olub.

Qəzet yazır ki, kommandoların tapşırığı sentyabr ayında Urumçidə başlanacaq iri ticarət qurultayı nəzdində təşkil olunacaq Çin-Avrasiya Ekspo sərgisini qorumaqdır.

XS
SM
MD
LG